• By ilhame
  • 05 İyul 2024 13:00

Vətəni Hindistan olan xiyar bütün dünyada ən yayılmış tərəvəzlərdən biridir.

 

Maraqlıdır ki, botanika elmində xiyar tərəvəz deyil, giləmeyvə sayılır. Xiyar qarpız, yemiş və balqabağın yaxın “qohumu”dur.

Mütəxəssislər xiyarın sağlamlıq üçün faydasını çox yüksək qiymətləndirir.

 

Belə ki, araşdırmalara görə, xiyar iltihabəleyhinə, antioksidant, xərçəng əleyhinə xüsusiyyətlərə malikdir.

 

Qidalı liflərlə zəngin olan xiyar həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırımağa kömək edir.

 

Xiyar qanda xolesterinin səviyyəsini aşağı salır, ürək və damarların sağlamlığını qoruyur.

 

Xiyar göz və sümüklərimiz üçün faydalıdır.

 

Xiyarın 95% sudan ibarətdir. Lakin bu suyun möcüzəli xüsusiyyətləri var. Tərkibində olan faydalı maddələrin sayəsində xiyar suyu arılamağa kömək edir, böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını alır, orqanizmdən artıq mayeni xaric edir, təzyiqi tənzimləyir.

 

100 qr xiyada yalnız 14 kkal var. Bu çox azdır və bu səbəbdən diyetoloqların əksəriyyəti xiyarı tez-tez pəhrizlərə daxil edir.

 

Xiyar asan mənimsənilən yodla zəngindir. Yod qalxanvari vəzinin normal fəaliyyəti üçün ən vacib mineraldır.

 

Xiyar sidikqovucu təsirə malikdir, sidik kisəsini yaxşı “yuyur” və bununla da sidik kisəsi xərçənginin riskini azaldır.

 

Xiyar kosmetologiyada da çox geniş istifadə olunur. Tərkibində xiyar olan üz maskaları dərini ağardır, təmizləyir, cavanlaşdırır.

Gununsesi.info