82 yaşlı kişi məktub yazaraq özünü güllələdi - BAKIDA DƏHŞƏT

  • By admin
  • 01 İyun 2017 17:26
tufeng
Bakıda 82 yaşlı kişi özünü ürəyindən güllələyib.
Gununsesi.info report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Maştağa qəsəbəsində yaşayan 1935-ci il təvəllüdlü Hacıyev Arif Əli oğlu məktub yazaraq evdə həyat yoldaşının yanında odlu silahdan ürək nahiyəsinə atəş açaraq özünü güllələyib.
A.Hacıyev hadisə yerində dünyasını dəyişib.
Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
A.Hacıyev məktubunda uzun sürən xəstəliyinə dözə bilmədiyini və bu səbəbdən intihara əl atdığını yazıb.
Fakt bağlı Sabunçu Rayon Prorkurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Gununsesi.info