
Gəncədə yolu keçən 83 yaşlı kişini avtomobil vurub öldürüb.
Gununsesi.info xəbər verir ki, hadisə iyunun 2-də saat 12 radələrində Şəmkir-Sabirkənd-Zəyəm avtomobil yolunun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini Məmmədov Şəfi Yusif oğlu idarə etdiyi “Mersedes-Benz” E 280 markalı, 90-TO-635 qeydiyyat nömrə nişanlı avtomobillə yolu keçən 1940-cı il təvəllüdlü Rüstəmov Kamil İsmayıl oğlunu vurub.
Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb
Faktla bağlı Şəmkir RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Gununsesi.info