84 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

  • By admin
  • 24 Noyabr 2016 09:55
herrac
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən cari ilin dekabrın 20-də  yeni hərracın keçirilməsini  elan edib.
Bu barədə Gununsesi.info-ya  Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki, bu hərraca ümumilikdə 84 dövlət əmlakı olmaqla 23 səhmdar cəmiyyəti, 26 kiçik dövlət müəssisə və obyekti, 32 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi çıxarılıb
Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir.  Birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Daşkəsən, Lənkəran, Tərtər, Şəmkir, Qobustan, Zaqatala və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında “Çinar” soyuducular zavodunun Şəmkir filialı, Zaqatala Barama Toxumu Zavodu, Maşın Meliorasiya Stansiyası kimi iri dövlət əmlakları var.
Bu dəfəki hərracda 23 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Ağdaş Quşçuluq”, “Bərdə Tikinti Quraşdırma”, “İsmayıllı Sənaye İstehsal”, “Zaqatala Fındıq”, “Şamaxı Dəmir Beton”, “Biləsuvar Broyler” kimi səhmdar cəmiyyətlər var.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Mürtəza 
Gununsesi.info