84 yaşlı arvadının intihar xəbərindən sarsılan 85 yaşlı kişi özünü öldürmək istədi

  • By admin
  • 12 Oktyabr 2016 18:32

435a719c3b3598eb5aabff322abe1ddc

Bakıda sirkə turşusu içərək intihara cəhd edən 84 yaşlı qadın dünyasını dəyişib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, ötən gün sirkə turşusu içərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Xətai rayonu, Əhmədli qəsəbəsinin sakini, 84 yaşlı Süsən Ağaqulu qızı Kazımova orada ölüb.

Bu xəbərdən sarsılan qadının əri, 85 yaşlı Xasay Bəşir oğlu Kərimov da sirkə turşusu içərək intihara cəhd edib.

O, təcilli olaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info