Bakıda 84 yaşlı qadın uksus (sirkə) içərək, intihar edib.
Gununses.info-nun xəbərinə görə, hadisə Xətai rayonun ərazisində baş verib. Xətai Rayon Polis İdərəsindən verilən məlumata görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Məlumatda bildirilir ki, intihar edən 84 yaşlı qadının kimliyi artıq müəyyənləşdirilib. Həmin şəxs Süsən Ağaqulu qızı Kazımovadır. O, təcili xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisənin intihar olub-olmamağı araşdırılır.
Gülnaz Qənbərli
Gununsesi.info