Tozlu hava 2 gün də davam edəcək

“Avtomatik stansiyalardan əldə olunan məlumatlara görə, bir neçə gün ərzində Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyası hazırda norma həddinə düşüb”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

“Lakin, sentyabrın 7-si səhər saatlarından başlayaraq sinoptik vəziyyətlə əlaqədar yenidən ölkə ərazisinə şərq istiqamətindən transsərhəd toz-dumanının daxil olması gözlənilir. Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcək”, – qurum rəsmisi əlavə edib.

 

 

Gununsesi.info