87 yaşlı qadın yanaraq öldü

  • By admin
  • 21 Noyabr 2016 11:56

ambulani

Bakıda 87 yaşlı qadın faciəli şəkildə ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, noyabrın 12-də Binəqədi rayonu ərazisində yaşayan 87 yaşlı Tatyana Rosiskaya evində iş görərkən yaylığı yandığından baş nahiyəsindən yanıq xəsarəti alıb.

Xəstəxanaya yerləşdirilən T. Rosiskaya noyabrın 19-da orada ölüb.

Gununsesi.info