9 ayda yol qəzalarında 35 uşaq ölüb - DƏHŞƏTLİ STATİSTİKA

  • By admin
  • 16 Sentyabr 2016 15:50

yol-qeza

Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində ölən və yaralananların sayının azalmasına müsbət təsiri olub.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, 2016-ci ilin 8 ayı ərzində respublika ərazisində 1331 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 490 nəfər həlak olmuş, 1409 nəfər yaralanıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 128 fakt (8,8%), həlak olanların sayı 93 nəfər (16%), yaralananların sayı 123 nəfər (8%) azalıb.

HTML tutorial

Bakı şəhəri ərazisində 440 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 118 nəfər həlak olub, 463 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 99 fakt (18,4%), 35 nəfər (22,9%), 124 nəfər (21,1 %) azalıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 39,5%-i (527 hadisə, 193 ölüm, 579 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,8%-i (304 hadisə, 132 ölüm, 282 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3%-i (164 hadisə, 39 ölüm, 202 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9%-i (26 hadisə, 12 ölüm, 28 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Yol-nəqliyyat hadisələrinin 40,4%-ni (539) piyadaların vurulması təşkil etmiş, nəticədə 195 piyada həlak olub, 394-ü yaralanıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 35 nəfər uşaq və yeniyetmə həlak olub, 124 nəfər yaralanıb.

Gununsesi.info