9 ölkə Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir

Çexiya, Estoniya, Latviya, Litva, Şimali Makedoniya, Monteneqro, Polşa, Rumıniya və Slovakiya prezidentləri Ukrayna ərazilərinin Rusiyaya tərəfindən ilhaqı ilə bağlı müraciət yayıblar.

Gununsesi.info xəbər verir ki, bəyanat Polşa prezidentinin saytında dərc olunub.

HTML tutorial

9 ölkənin prezidenti 2008-ci ildə Buxarestdə keçirilən NATO sammitində qəbul edilən Ukraynanın təşkilata üzvlüyü ilə bağlı qərarı xatırladıb. Prezidentlər Ukraynanın təşkilata üzvlüyünü dəstəkləyiblər.

Qeyd edək ki, sentyabrın 30-da Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin NATO-ya sürətləndirilmiş üzvlüyü ilə bağlı ərizəni imzalayıb.

Gununsesi.info