9 yaşlı uşaq anasının narkotik alverçisi olduğunu ortaya çıxardı

  • By admin
  • 14 Fevral 2024 16:00

Las-Veqasda doqquz yaşlı uşaq anasının narkotik alveri ilə məşğul olduğunu ortaya çıxarıb. 

Gununsesi.info xəbər verir ki, uşaq anasının satdığı narkotikləri aşkar edərək polisə təhvil verib. Hadisə zamanı kiçik oğlan göz yaşları içində boğularkən, anası da iddiaları təkzib edib.

Evdə narkotiklə dolu çantalar tapdıqdan sonra balaca oğlan özünü vanna otağına kilidləyib.

Polis çantada narkotik aşkarlandığını təsdiqləyib. Hadisə əslində 2022-ci ilin iyulunda baş verib.

Uşağın anası Kendra Lonq narkotik alveri və uşaq istismarı ittihamı ilə həbs edilib. O, polislərə evində tapılan narkotiklərdən xəbərsiz olduğunu söyləyib.

Gununsesi.info