
9 yaşlı uşaq NASA-nın dünyanı yadplanetlilərdən qorumaq üçün verdiyi işçi qəbulu elanına müraciət edib.
Gununsesi.info xəbər verir ki, Cek Devis müraciətində bu iş üçün uyğun olduğunu belə izah edib:
“9 yaşında olsam da bu iş üçün uyğun olduğumu düşünürəm. Bunun səbəblərindən biri qız dostlarımdan birinin məni yadplanetli adlandırmasıdır. Bundan başqa yadplanetlilərə aid bütün filmlərə baxmışam”.
Qeyd edək ki, bir neçə gün əvvəl NASA dünyanı yadplanetlilərdən qorumaq üçün işçi qəbulu elan edib.
Gununsesi.info