
9 yaşlı Rayan Kaci dünyanın ən çox qazanan “youtube” bloggeri olub.
Texaslı Rayan artıq 3-cü dəfədir ki, bu nailiyyəti əldə edir. O, bu il “youtube”dakı reklamlardan 30 milyon dollar (təxminən 51 milyon manat) qazanıb.
Rayanın “youtube”da 9 kanalı var. İlk dəfə o 2015-ci ildə ən çox qazanan “youtube” bloggeri adına sahib olub.