“90 yaşlı anama ev istəyirəm”

Əməkdar artist Mehriban Xanlarova ev istəyir.

 

Gununsesi.info xəbər verir ki, aktrisa bu haqda “Rəngarəng səhər” proqramında danışıb.

“İstəmirəm desinlər ki, Mehriban Xanlarova çıxıb ev istəyir. Amma anam üçün ev istəyirəm. Versələr, qəbul edərəm. İstəyirəm anamın öz otağı olsun. Biri çıxıb desə ki, 90 yaşlı lal, kar anama ev bağışlayır, qəbul edərəm” deyə, Xanlarova söyləyib.

Qeyd edək ki, aktrisa şəraitsiz birotaqlı evdə anası, qardaşları, qızı və nəvələri ilə yaşadığını bildirib.

 

 

Gununsesi.info