
Oğlu və gəlinin işgəncə verdiyi 90 yaşlı qadınla bağlı Sosial Xidmətlər Agentliyi də hərəkətə keçib.
Bu barədə Oxu.Az-a qurumun mətbuat katibi Murad Həşimov məlumat verib.
O, aidiyyəti üzrə əməkdaşların yönləndirildiyini və araşdırmanın başladıldığını bildirib.
Bakıda 90 yaşlı qadına oğlu və gəlini tərəfindən işgəncə verilməsi məsələsi ilə bağlı araşdırma başladılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
12:00
90 yaşlı qadın oğlu və gəlini tərəfindən işgəncələrə məruz qalır.
Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.
Yaşlı qadının Buzovna qəsəbəsində qaldığı iddia olunur. Adının Şərabanu, oğlunun adının isə Əkrəm olduğu deyilir.
Gununsesi.info