
Bakıda mənzildə bir qadının meyiti tapılıb.
Gununsesi.info FHN-in saytına istinadən xəbər verir ki, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1925-ci il təvəllüdlü Həsənova Suriyə Ağabala qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Gununsesi.info