92 yaşlı qadın evində ölü tapıldı

  • By admin
  • 29 Yanvar 2017 20:32

meyit-olu-1

 

Bakıda mənzildə bir qadının meyiti tapılıb.

Gununsesi.info FHN-in saytına istinadən xəbər verir ki, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1925-ci il təvəllüdlü Həsənova Suriyə Ağabala qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

 

Gununsesi.info