92 yaşlı qadın qocalar evindən iki metrlik hasardan keçərək qaçıb - Video

Şərqi Çində 92 yaşlı qadın qocalar evindən iki metrlik metal hasara dırmaşaraq qaçıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Straits Times” məlumat yayıb.

Bildirilir ki, Çinin Weibo sosial şəbəkəsində bir həftə ərzində təqaüdçünün 2,15 metr hündürlüyündəki hasarın üzərinə məharətlə dırmaşmasını əks etdirən videoya 1,25 milyondan çox baxış olub.

Yantaydakı qocalar evinin direktoru qadının ağır Alzheimer xəstəliyindən əziyyət çəkdiyini bildirib.

O, tez tapılaraq işçilərə geri qaytarılıb.

 

 

Gununsesi.info