Sumqayıtda 550 abonentin qazı kəsiləcək

  • Müəllif: Firuzə
  • 15 Sentyabr 2025 15:41

Sumqayıt şəhərinin bəzi ərazilərində təbii qazın verilişində müvəqqəti fasilə olacaq.

Bu barədəGununsesi.info ya “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib

Bildirilib ki, Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində 57 mm-lik qaz xəttində yaranan sızmanın aradan qaldırılması ilə əlaqədar 550 abonentin qaz təchizatı saat 16:00-dan etibarən işlər yekunlaşana qədər müvəqqəti dayandırılacaq.

 

Gununsesi.info