Azərbaycan idmançısı erməni güləşçi Artur Aleksanyanı məğlub edib

  • Müəllif: Admin08
  • 19 Sentyabr 2025 18:20

Zaqrebdə keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycan idmançısı Murad Əhmədiyev tarixi uğura imza atıb.

Gununsesi.info xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Əhmədiyev əvvəlcə italiyalı Nikoloz Kaxelaşvilini (4:1), ardınca qırğızıstanlı Uzur Cuzupbekovu (5:1) məğlub edib.

O, 1/4 finalda dünya və Avropa çempionu olan ermənistanlı Artur Aleksanyana 3:3 hesablı bitən görüşdə sonuncu xal üstünlüyü ilə qalib gəlməyi bacarıb

Gununsesi.info