NATO Rusiya ilə bağlı məsləhətləşmələr aparacaq

  • Müəllif: Admin08
  • 20 Sentyabr 2025 21:15

Estoniyanın Rusiya hərbi təyyarələrinin onun ərazisi üzərində uçması ilə bağlı açıqlamasından sonra NATO-ya üzv ölkələr gələn həftənin əvvəlində məsləhətləşmələr keçirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniyanın FAZ qəzeti məlumat yayıb.

“Estoniyanın Rusiya qırıcıları tərəfindən hava məkanını pozduğunu elan etməsindən sonra NATO-ya üzv ölkələr gələn həftənin əvvəlində məsləhətləşmələr üçün bir araya gələcək. Məsləhətləşmələr 4-cü maddəyə uyğun olaraq keçiriləcək”, – nəşr alyansın sözçüsünə istinadən yazıb.

Gununsesi.info