Məhkəmə erməni arxiyepiskopu həbsdə saxlayıb

  • Müəllif: Admin08
  • 24 Sentyabr 2025 18:54

Məhkəmə erməni kilsəsinin Şirak yeparxiyasının başçısı, arxiyepiskop Mikael Acapazyanı həbsdə saxlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd olunur ki, məhkəmə Acapazyanın vəkilinin həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətini təmin etməyib. Arxiyepiskop barəsində həbs qətimkan tədbiri dəyişməz qalıb.

Əlavə dinləmələr sentyabrın 29-na təyin olunub.

Qeyd edək ki, Mikael Acapazyan hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur.

Gununsesi.info