Oğuzda meşəni qıran şəxsə cinayət işi açıldı

  • Müəllif: Firuzə
  • 26 Sentyabr 2025 14:13

Oğuz rayonunun Filfilli kəndindəki meşəlik ərazidə fıstıq növündən olan ağacları kəsən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Gununsesi.info-ya bildirilib ki, polisin keçirdiyi tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü Dünyabir Nəsirov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Gununsesi.info