Emin Əmrullayev Milli Məclisdən dərsliklərlə bağlı xahiş etdi

  • Müəllif: Firuzə
  • 26 Sentyabr 2025 14:37

“Milli Məclisdə Azərbaycan dili, ədəbiyyat və ingilis dili dərslikləri ilə bağlı ictimai dinləmə keçiriləcək”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov komitənin bugünkü iclasında deyib.

O qeyd edib ki, ingilis dili dərsliklərinin siyahıya salınmasını elm və təhsil naziri Emin Əmrullayev özü xahiş edib.

 

 

Gununsesi.info