Sandunun partiyası seçkidə liderdir

  • Müəllif: Firuzə
  • 29 Sentyabr 2025 10:36

Moldovada keçirilən parlament seçkilərində ölkə Prezidenti Maya Sandunun Avropayönümlü “Fəaliyyət və Həmrəylik” partiyası liderdir.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Moldovanın Mərkəzi Seçki Komissiyası yayıb.

Belə ki, səslərin 99.65%-nin hesablanmasından sonra Sandunun partiyası 50,06 faiz səs toplayıb. Bu isə onun partiyasının parlamentdə 101 yerdən 54-nü tutması deməkdir.

Rusiyayönümlü “Vətənpərvərlik bloku” isə səslərin 24,25 faizini toplayıb ki, bu da parlamentdə 27 yeri təmin edir.

Daha bir Avropayönümlü “Alternativ” bloku isə ilkin məlumata əsasən, 8 mandat əldə edəcək.

 

Gununsesi.info