“Avropa ABŞ Prezidenti Donald Trampın hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı fikrini dəstəkləyir”.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderlərinin birgə bəyanatında deyilir.
Tərəflər həmçinin Rusiyanın gecikdirmə taktikasından istifadə etdiyini, Ukraynanın isə sülhə ciddi yanaşan yeganə tərəf olduğunu vurğulayıblar: “Hamımız görürük ki, Putin zorakılıq və dağıntı yolunu seçməkdə davam edir. Buna görə də aydın başa düşürük ki, Ukrayna hər hansı atəşkəsdən əvvəl, onun müddətində və sonra mümkün olan ən güclü mövqedə olmalıdır. Putin sülhə hazır olana qədər Rusiya iqtisadiyyatına və müdafiə sənayesinə təzyiqi artırmalıyıq”.
Sənəddə liderlərin Ukraynaya gələcək dəstəyi müzakirə etmək üçün bu həftə Avropa Şurasında və “Könüllülər Koalisiyası” formatında görüşəcəkləri bildirilir.












