ABŞ səfirliklərinin işçiləri maaşsız qalıb

  • Müəllif: admin
  • 22 Oktyabr 2025 12:32

Artıq ikinci aydır ki, ABŞ-ın xarici ölkələrdəki səfirliklərinin əməkdaşları maaşsız qalıb.

Gununsesi.infonun xəbərinə görə, bu, Amerikada  davam edən şatdaunla  (hökumətin bağlanması) bağlıdır.

Bu arada isə prezident Tramp Konqresdəki aparıcı demokratların görüş təklifini rədd edib. O deyib ki, üç həftədir davam edən şatdaun (hökumətin bağlanması) bitməyənəcən görüşmək istəmir.

“Onlarla görüşmək istərdim, amma bir şərtim var – hökumət yenidən açılarsa, görüşərəm”, – Tramp jurnalistlərə deyib.

 

Afət

Gununsesi.info