Paşinyan Azərbaycanın bu qərarını alqışladı

  • Müəllif: admin
  • 22 Oktyabr 2025 13:14

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Ermənistana malların tranzitinə məhdudiyyətləri qaldırmasını mühüm addım sayır.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Paşinyan oktyabrın 22-də Tbilisidə V “İpək Yolu” konfransında deyib.

“Bu çox vacib bəyanatdır və Azərbaycan prezidentinin bu addımını qiymətləndirmək və bu bəyanatı alqışlamaq istəyirəm. Bir neçə ay öncə inanılmaz görünən hadisə baş verir: Qazaxıstandan taxıl Azərbaycandan və Gürcüstandan keçməklə Ermənistana idxal olur”.

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana səfəri zamanı bildirib ki, ilk tranzit yükü olan Qazaxıstan buğdası partiyası Ermənistana çatdırılacaq.

N.Paşinyan vurğulayıb ki, siyasi baxımdan onlar Naxçıvandan Azərbaycanın əsas hissəsinə və əks istiqamətdə Ermənistandan keçməklə tranziti təmin etməyə hazırdır, amma texniki səbəblərdən bu, mümkün deyil, çünki infrastruktur yoxdur.

“Amma bugündən Ermənistan ərazisi vasitəsilə Türkiyədən Azərbaycana və əksinə yük maşınlarının tranzitini təmin etməyə hazırıq”, – Paşinyan əlavə edib.

 

 

Gununsesi.info