FIBA Avropa Kuboku: Azərbaycan klubu ikinci oyununda da uduzub

  • Müəllif: Admin08
  • 22 Oktyabr 2025 21:10

“Abşeron Lions” basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyununa çıxıb.

Gununsesi.info xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv Bakıda Polşa təmsilçisi “Trefl”lə üz-üzə gəlib.

Bakı İdman Sarayında keçirilən matç rəqibin 99:96 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, qrupun digər görüşündə “Neftçi” ötən gün Bakıda Estoniyanın “Kalev” komandasını 95:84 hesabı ilə üstələyib. “Abşeron Lions” ilk qarşılaşmada “Kalev”ə uduzub – 85:93.

Gununsesi.info