Vəkil Bəhruz Bayramovun Binəqədi Rayonu Rəsulzadə qəsəbəsində yerləşən mənzilini yağmalayan oğru tutulub.
Bu barədə Gununsesi.info-ya vəkilin özü deyib.
Onun sözlərinə görə, evlərindən aparılan əşyalar qaytarılıb:
“Fariz Muradov adlı şəxsdir. Həmin şəxs çoxsaylı evləri yarıb. Əşyalara baxış zamanı bizə aidiyyatı olmayanları da gördük. Mən bu operativliyə görə polisə təşəkkür edirəm”.











