ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb

  • Müəllif: Admin08
  • 24 Oktyabr 2025 08:39

Göyərtəsində iki nəfər olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus OA-1K “Skyraider II” təyyarəsi cümə axşamı günortadan sonra qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Oklahoma Milli Qvardiyası məlumat yayıb.

“Təyyarənin göyərtəsində iki heyət üzvü; biri mülki podratçı, digəri isə ABŞ Hərbi Hava Qüvvələrinin heyət nəfəri olub”, – deyə açıqlamada bildirilir.

Hadisə baş verən zaman təyyarə təlim missiyasında olub.

Xəsarət alan olmayıb.

Gununsesi.info