İlham Əliyev Çexiya Prezidentinə məktub göndərdi

  • Müəllif: Firuzə
  • 28 Oktyabr 2025 11:15

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, məktubda deyilir:

“Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın rifahı naminə Azərbaycan-Çexiya dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Gununsesi.info