Azadlıq Meydanındakı yeraltı dayanacaq 1 həftə bağlı olacaq

  • Müəllif: Firuzə
  • 30 Oktyabr 2025 17:08

8 Noyabr – Zəfər Günü paytaxtda təşkil ediləcək paradla əlaqədar Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılacaq.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, noyabrın 3-dən 9-dək Zəfər paradına hazırlıq müddətində və bayram günündə yeraltı dayanacaq fəaliyyət göstərməyəcək.

 

Gununsesi.info