“Kür” daha bir həndbolçunu sıralarına cəlb edib

  • Müəllif: Admin08
  • 31 Oktyabr 2025 09:25

Yeni mövsüm öncəsi heyətini gücləndirən “Kür” daha bir həndbolçunu sıralarına cəlb edib.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Mingəçevir təmsilçisi ötən mövsüm “Qarabağ”ın şərəfini qoruyan Leyla İbrahimova ilə 1 illik anlaşıb.

Həndbolçu 66 nömrəli formanı geyinəcək.

Gununsesi.info