Agentliyin nizamnamə fondu 20 milyon manat artırıldı - SƏRƏNCAM

  • Müəllif: Firuzə
  • 31 Oktyabr 2025 16:14

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnaməsinə dəyişiklik edilib.

Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Agentliyin nizamnamə fondunun məbləği 6 milyon 783 min 392 manatdan 26 milyon 783 min 392 manata qaldırılıb.

 

Gununsesi.info