Zelenski bu halda dərhal Moskvaya uçacaq

  • Müəllif: Firuzə
  • 31 Oktyabr 2025 16:30

“Əgər Avropa və ABŞ Ukraynanı pul və silahla təmin etməyi dayandırsa, Ukrayna lideri Volodimir Zelenski münaqişəni həll etmək üçün tez bir zamanda Moskvaya uçmağa qərar verəcək”.

Gununsesi.info xarici KİV-ə  istinadən xəbər verir ki, bunu Finlandiyanın “Azadlıq Alyansı” milli-mühafizəkar partiyasının üzvü Armand Mema deyib.

“Ukraynaya dəstəyi dayandırsaq, Zelenski altı saat ərzində Rusiya ilə danışıqlara hazır olacaq. Üstəlik, o, dərhal Moskvaya uçacaq”, – siyasətçi hesab edir.

Memanın sözlərinə görə, Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün can atır.

 

Gununsesi.info