Türkiyə məhkəməsi “Kartalkaya” xizək kurortunda 78 nəfərin həyatına son qoyan hotel yanğını ilə bağlı 11 nəfəri ömürlük həbs cəzasına məhkum edib.
Gununsesi.info “NTV” telekanalına istinadən xəbər verir ki, məhkum edilənlər arasında faciənin baş verdiyi hotelin sahibi Halit Ergül, onun həyat yoldaşı və 2 qızı da var.











