Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində dənizdə vətəndaşlar köməksiz vəziyyətdə qalıblar.
Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə bu barədə məlumat daxil olub.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində sahildən təxminən 500 metr məsafədə dənizdə qayalıq ərazidə köməksiz vəziyyətdə qalan balıqçılar – 1985-ci il təvəllüdlü Azər Elxan oğlu Məmmədov, 1990-cı il təvəllüdlü Namiq Şükür oğlu Həsənov və 1985-cı il təvəllüdlü Cəmaləddin Nuhin oğlu Cəfərov sahilə çıxarılaraq xilas ediliblər.











