İsrailin Azərbaycandakı səfiri Qarabağ səfərindən paylaşım edib

  • Müəllif: Admin08
  • 01 Noyabr 2025 19:42

İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Qarabağ səfərindən təəssüratlarını paylaşıb.

Gununsesi.info xəbər verir ki, o bu barədə “X”də paylaşım edib.

“Qarabağa ikinci səfərimdir. İşlərin və tikinti prosesinin irəliləyişi sadəcə inanılmazdır. Körpülər, dəmir yolları, yollar, tunellər, kəndlər və şəhərlər – hamısı sürətlə inkişaf edir. Növbəti səfərimdə bu irəliləyişi görmək üçün səbirsizliklə gözləyirəm”, deyə paylaşımda qeyd olunub.

Gununsesi.info