Güclü zəlzələ Ermənistanı SİLKƏLƏDİ

  • By Ayshan
  • 02 Noyabr 2025 21:13

Ermənistanda 4,1 bal gücündə zəlzələ qeydə alıb.

Gununsesi.info xəbər  verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin Seysmik Müdafiə Xidməti məlumat yayıb.

Yerli vaxtla saat 19:49-da qeydə alınan zəlzələnin ocağı Ermənistan-Gürcüstan sərhədində, Bavra kəndindən 8 km cənub-şərqdə, 10 km dərinlikdə yerləşib.

Zəlzələnin koordinatları 41.08° şimal enliyi və 43.89° şərq uzunluğudur.

Episentrdə yeraltı təkanların gücü 5–6 bal, Şirak və Lori bölgələrində isə 4–5 bal gücündə hiss olunub.

Dağıntı və tələfatla bağlı məlumat verilməyib.

Gununsesi.info