Sabah iş günü qısaldılacaq

  • Müəllif: Firuzə
  • 06 Noyabr 2025 12:54

Sabah iş günü qısaldılacaq.

Gununsesi.info xəbər verir ki, bu, bir gün sonra qeyd olunacaq bayramla əlaqədardır.

Belə ki, 8 noyabr tarixində Azərbaycanda Zəfər Günü qeyd olunacaq.

Əmək Məcəlləsinə əsasən, bayramdan əvvəlki iş günü bir saat az olur. Buna görə də 7 noyabr cümə günü iş saatları adi günlərlə müqayisədə bir saat az olacaq.

 

Gununsesi.info