Qızının evinə qonaq gedən kişini arı sancdı, öldü

  • Müəllif: Firuzə
  • 10 Noyabr 2025 11:33

Şahbuz rayonunda 66 yaşlı kişi arı sancması nəticəsində ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə ötən gün Şahbuz rayonunun Kükü kəndində baş verib.

Belə ki, kənd sakini 1959-cu il təvəllüdlü Aftandil Hüseynqulu oğlu Həsənovu qızının evində arı sancıb.

A.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.

 

 

Gununsesi.info