37 min manatlıq dələduzluq etdi - Polis saxladı

  • Müəllif: Firuzə
  • 10 Noyabr 2025 13:27

Ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq edən və 37 min manatdan çox vəsaiti mənimsəyən şəxs saxlanılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 24 yaşlı F. Baxışov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Gununsesi.info