“Dəmir yollarının inkişafı, xüsusilə regionlardan sərnişin daşımanın gücləndirilməsi nəticəsində bu sahəyə tələbat artmışdır. Hər kəs rahat və təhlükəsiz nəqliyyat vasitəsi ilə səfər etmək istəyir. Bu səbəbdən Bakı-Ağstafa-Bakı istiqamətində gün ərzində həyata keçirilən reyslərin sayının yalnız bayram günlərində deyil, mütamadi olaraq artırılması dəstəklənməlidir”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat qeyd edib ki, Gəncə şəhərində sərnişin daşımada ciddi irəliləyiş əldə olunub:
“Lakin şəhərdə parklanma qaydalarına nəzarətin mümkün olmaması, müasir həllərin tətbiq edilməməsi tıxac və digər problemləri ortaya çıxarıb. Xahiş olunur ki, Bakı şəhərində olduğu kimi Gəncə şəhərində də parklanma sistemləri qurulsun. Bu həm tıxac problemini həll edəcək, həm də dövlət büdcəsinə vəsaitin daxil olmasını təmin edəcək.
2026-cı il dövlət büdcəsi çox mükəmməl hazırlanıb. Bütün mümkün imkanlar səfərbər edilərək milli təhlükəsizliyin təmin edilməsinə və vətəndaşların sosial-rifahının yaxşılaşdırılmasına hədəflənib. Qanun layihəsinin hazırlanmasında əməyi olan hər kəsə təşəkkür edilir və hökumət üzvlərinə uğurlar arzulayır. 2026-cı il dövlət büdcəsi layihəsinin lehinə səs veriləcək və həmkarlar da layihəni dəstəkləməyə dəvət olunur”.
Şəbnəm












