Almaniyada ABŞ hərbi bazasında mülki podratçı kimi işləyən ABŞ vətəndaşı Martin D. Çinə həssas məlumatlar ötürməkdə ittiham olunub.
O, 2017-2023-cü illərdə ABŞ Müdafiə Nazirliyinin podratçısında çalışıb və 2024-cü ilin noyabrında Frankfurtda həbs edilib. Prokurorlar bildiriblər ki, Martin D. Çin kəşfiyyatına ABŞ ordusundan məlumat ötürməyi təklif edib.
Ukrayna müharibəsindən sonra Berlində Rusiya və Çinlə əlaqəli casusluq hallarının sayı artıb.
Çinlə bağlı daha bir səs-küylü işdə Avropa Parlamentində alman ifrat sağçı millət vəkili Maksimilian Krahın keçmiş köməkçisi Çin kəşfiyyatına casusluqda ittiham edilərək dörd il doqquz ay həbs cəzası alıb.
Orxan












