“ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müşaviri Allison Huker bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşərək yeni strateji tərəfdaşlığımızı və ABŞ Prezidentinin Cənubi Qafqazda sülh və rifahın təşviqinə yönəlmiş vizyonunun irəlilədilməsi məsələlərini müzakirə edib”.
Gununsesi.info bildirir ki, bu barədə ABŞ-ın Azərbaycadakı səfirliyinin məlumatında deyilir.
“Azərbaycanı və Ermənistanı ABŞ Prezidenti, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş tarixi avqust görüşü münasibətilə təbrik edib. Bu mühüm mərhələ, tamhüquqlu sülh sazişinə doğru atılacaq növbəti addımlarla birlikdə barışıq, uzunmüddətli sabitlik və iqtisadi inkişaf üçün yeni imkanlar yaradır” deyə açıqlamada əlavə olunub”.

Günay Mahirqızı












