Ukraynadan rəsmi açıqlama: Rusiya bu əraziləri işğal etməyib!

  • Müəllif: Ayshan
  • 21 Noyabr 2025 08:54

Xarkov vilayətinin Kupyansk şəhəri hələ də Ukrayna ordusunun nəzarətindədir.

Gununsesi.info xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın şəhəri işğal etməsi ilə bağlı yayılan xəbərləri şərh edərkən bildirib.

“Şəhər və onun ətrafında şəhərə daxil olmuş işğalçıların təxribat-kəşfiyyat qruplarının axtarışı və məhv edilməsi üzrə əks-təxribat əməliyyatları və xüsusi əməliyyatlar davam edir”, – məlumatda qeyd olunub.

Bəyan edilir ki, rusların işğal etdiklərini elan etdikləri Donetsk vilayətində Yampolda da vəziyyət oxşardır. Ukrayna qoşunları orada axtarış və zərbə əməliyyatları aparır.

Qeyd edək ki, daha öncə Rusiya Yampolun işğal edildiyi xəbərini yayıb.

Gununsesi.info