EBU “Eurovision” üçün səsvermə qaydalarını yeniləyib

Avropa Yayım İttifaqı (EBU) “Eurovision” mahnı müsabiqəsi üçün yeni səsvermə qaydalarını açıqlayıb.

Yeniliklərə əsasən, yarıfinal mərhələlərində peşəkar münsiflər heyəti yenidən iştirak edəcək və mahnıların, ifaçıların reklamına müəyyən məhdudiyyətlər tətbiq olunacaq.

Qayda dəyişiklikləri 2025-ci ilin tamaşaçı səsverməsinin nəticələri ilə bağlı narazılıqlar və fərziyyələr səbəbindən həyata keçirilib.

Hazırda Niderland, İrlandiya və İspaniya da daxil olmaqla bir neçə ölkə 2026-cı ildə müsabiqədə iştirakını hələ təsdiqləməyib. Onlar İsrailin Qəzzadakı hərəkətləri səbəbilə “Eurovision”dan uzaqlaşdırılmasını şərt kimi irəli sürüblər.

 

 

Afət

Gununsesi.info