Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 19A ünvanında çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı bəzi detallar gün üzünə çıxıb.
Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Cəmil Xudiyev REAL TV-yə açıqlama verib:
“Sözügedən qapı müvafiq texniki sənədlərdə, qeyri-yaşayış sahəsinə aid texniki pasportda həmin sahəyə aid qapı kimi təsbit olunub. Bununla yanaşı, bildirmək istərdim ki, tikinti norma və qaydalarının, yəni yaşayış binalarının layihələndirilməsinin normaları AZDTN 2.7-2-nin tələblərinə əsasən də qeyri-yaşayış sahələri yaşayış sahələrindən təcrid olunmalıdır. Yəni göründüyü kimi həmin qapı, təxliyə qapısı hesab olunmur və həmin qapının bağlı olması təhlükəsizlik baxımından tikinti normalarının tələblərinə əsasən yaşayışın qeyri-yaşayışdan təcrid olması tələbini formalaşdırır”, – deyə o bildirib
Daha ətraflı videomaterialda:












