Bakıda obyektdə partlayış baş verib - Foto - Yenilənib

  • Müəllif: Ayshan
  • 24 Noyabr 2025 09:48

Bu gün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Bu barədə Gununsesi.infonun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Dərhal 2 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərə (2-si kişi, 3-ü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Gununsesi.info nun xəbərinə görə, partlayış “AFEN Plaza” biznes mərkəzində baş verib.

***

09:52

Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində partlayış olub.

Gununsesi.info  xəbər verir ki, partlayış obyektdə qeydə alınıb. Partlayış nəticəsində 7 nəfər xəsarət alıb.

***

09:38

Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən ofislərin birində baş vermiş partlayışla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətindən Gununsesi.info -ya bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək zəruri təhlükəsizlik tədbirləri görülür.

 

 

Gununsesi.info